İşğaldan azad edilmiş ərazilərdə mina PARTLAYIŞI - Ölən var - YENİLƏNİB  

İşğaldan azad edilmiş ərazilərdə mina PARTLAYIŞI - Ölən var - YENİLƏNİB  

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə mina PARTLAYIŞI - Ölən var - YENİLƏNİB  

159633

Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır. 

Xocavənd Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. 
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır. 

*** 10:26

Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri Füzuli rayonunda baş verən mina partlayışı barədə məlumat yayıb. 

ANAMA-dan Bizim.Media-ya daxil olan məlumatda bildirilib ki, 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. 

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel" markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "KamAZ" tipli yük maşınının sürücüsü, 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb. 
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır! 

*** 09:54

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb. 

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO