Şəki Beynəlxalq konfransın iştirakçılarını belə qarşıladı - FOTO 

Şəki Beynəlxalq konfransın iştirakçılarını belə qarşıladı - FOTO 

Hazırda oxunan: Şəki Beynəlxalq konfransın iştirakçılarını belə qarşıladı - FOTO 

159617

“Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda keçirilən konfrans tarixi şəhərləri bir araya gətirmək üçün qarşısına böyük məqsədlər qoyub.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları bu gün Şəkidə olub.

Konfrans iştirakçıları şəhərin qədim tarixi hissəsinin - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, tarixi abidələrlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.  

Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Hazırda qoruğun ərazisindəki tarixi abidələrdə Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa işləri davam etdirilir.  
Daha sonra Beynəlxalq konfrans iştirakçıları Şəki Xan Sarayında, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində eləcə də qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində Şəkinin tarixi, mədəni irsi haqqında sərgiyə baxıblar.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO