“Naxçıvan” Universitetində Əziz Səncərin iştirakı ilə kitab təqdimatı KEÇİRİLƏCƏK – FOTO   

“Naxçıvan” Universitetində Əziz Səncərin iştirakı ilə kitab təqdimatı KEÇİRİLƏCƏK – FOTO   

Hazırda oxunan: “Naxçıvan” Universitetində Əziz Səncərin iştirakı ilə kitab təqdimatı KEÇİRİLƏCƏK – FOTO   

159563

”Naxçıvan” Universitetində 20 oktyabr 2023-cü il tarixində Nobel mükafatçısı Əziz Səncərin onlayn iştirakı ilə UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin tərtib etdiyi “Aziz Sancardan bilim və ulusal kalkınma üzerine aforizmalar” kitabının təqdimatı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, kitab təqdimatı “Naxçıvan” Universitetinin Konfrans zalında baş tutacaq.  

Məlumat üçün bildirək ki, dünyaca nüfuzlu türk alimi Əziz Sancar 1946-cı ildə anadan olub. O, ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk türk kimi tanınır. Əziz Səncər DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. 

Qeyd edək ki, "Naxçıvan" Universiteti 1999-cu ildən fəaliyyətə başlayıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. 
Universitetdə 4 fakültə, 10 kafedra fəaliyyət göstərir. Hazırda “Naxçıvan” Universitetində 1469 tələbə təhsil alır. Onlardan 25 ixtisas üzrə 1409 nəfəri bakalavr, 9 ixtisas üzrə 38 nəfəri magistr, 12 ix­ti­sas üzrə 22 nəfəri doktorant və dissertantdır. 

Universitetdə 16 ixtisas üzrə bakalavr, 7 ixtisas üzrə magistr hazırlığı aparılır. 

“Naxçıvan” Universiteti 4 hektara yaxın özəlləşdirilmiş sahədə yerləşir. 2000-dən yuxarı tələbənin eyni zamanda tədrislə əhatə oluna biləcəyi universitet şəhərciyinə rektorluq binası, tədris korpusu, xarici dillər korpusu, kitabxana binası, sosial-xidmət mərkəzi, yataqxana binası, idman və mədəniyyət kompleksi daxildir. 

Universitetdə tədrisin təşkilində İKT-dən istifadəyə xüsusi fikir ve­ri­lir. Bütün binalarda qabaqcıl dünya universitetlərindən geri qalmayan elektron nəzarət və idarəetmə sistemləri quraşdırılmış, elektron təhsil üçün tam infrastruktur yaradılmışdır. Bütün mühazirə otaqları ən müasir modi­fi­ka­si­ya­lı elektron lövhələrlə təchiz edilmişdir.
Hazırda universitetdə istifadə olunan 441 kompüterin hər biri internetə qoşulmuş, onlardan 343 kompüter tələbə­lə­rin ixtiyarına verilmişdir. Bundan başqa mühazirə otaqlarında quraşdırılmış 18 elektron lövhə tədrisin yüksək səviyyədə təşkilinə xidmət edir. 2015-ci il­dən başlayaraq universitetdə 100 meqabit sürətində internetdən istifadə olunur. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO