Un qiymətlərində ARTIM – Çörək BAHALAŞACAQ?

Un qiymətlərində ARTIM – Çörək BAHALAŞACAQ?

Hazırda oxunan: Un qiymətlərində ARTIM – Çörək BAHALAŞACAQ?

159538

Bir neçə gündür ki, Azərbaycanda mövcud olan topdansatış məntəqələrində 50 kiloqramlıq unun qiymətində təxminən 3-4 faiz bahalaşma müşahidə olunur.

Bəs, qiymət artımına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, artıq iki həftədən çoxdur, birjalarda da buğdanın qiyməti təxminən 2-3 faiz bahalaşıb:

“Lakin bir həftə əvvəl başlayan tendensiya hazırki məqamda ölkəmizə təsir edə bilməz və qiymət artımı sadəcə psixoloji təsirlərə məruz qalaraq baş verir. İdxalçılar artıq birjalarda baş verənləri yaxından izlədikləri üçün qiymətləri artırmağa başlayıblar.

Onlar növbəti mərhələlərdə də bunun davam edəcəyini düşünürlər. Ancaq fikrimcə, dünya bazarında buğdanın bahalaşması bu templə davam etməyəcək”.

Taxıl istehsalı artıbsa...

Müsahibimiz qeyd edib ki, dünya bazarının təlabatına uyğun olaraq, bəzi ölkələrin istehsalçıları taxıl istehsalını artırıblar: “Ukraynanın dünya bazarına çıxartmaq istədiyi ərzaq buğdasının həcmi artıq 50 faiz azalıb. Belə ki, ötən il bu rəqəm 21 milyon tona bərabər idisə, bu il ondan da az olacaq.

Amma bəzi ölkələrdə taxıl istehsalı artıb və taxıla olan tələbat tam ödənilib. Təkcə Rusiya son 2 il ərzində taxıl sahələrinin həcmini 20 faizdən çox artırıb. Bu baxımdan düşünürəm ki, baş verən artımlar müvəqqəti tendensiyadır və qiymət getdikcə sabitləşəcək”.

Çörək bahalaşacaq?

Qiymət artımlarına baxmayaraq, çörəyin bahalaşmayacağını deyən A.Nəsirlinin sözlərinə görə, hazırda 60-70 qəpiyə satılan çörəyin maya dəyir 30-35 qəpikdir:

“Bu baxımdan da istehsalçıların mənfəəti kifayət qədərdir və 2-3 faizlik bahalaşma onlara təsir etməyəcək. Bundan başqa, çörəyin qiyməti hökumətlə razılığı ilə müəyyən edilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO