Bakı-Sumqayıt şosesində ictimai nəqliyyat vasitələri üçün çəkilən zolaqda digər avtomobillərin bu zolaqdan istifadəsi qadağandır.
Bizim.Media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli deyib.
Onun sözlərinə görə, digər nəqliyyat vasitələrinin sürücüləri ictimai nəqliyyat vasitələri üçün çəkilən zolağa daxil olaraq avtobusların hərəkətinə maneyə yaratmasınlar.
Avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimə olunurlar.
Qeyd edək ki, Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi avtobus zolağı təşkil edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) tərəfindən həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılıb.
Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1 800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqəyə kimi təşkil edilməsi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 12.10.2023
DYP Bakı-Sumqayıt şosesi ilə hərəkət edən sürücülərə müraciət etdi
Hazırda oxunan: DYP Bakı-Sumqayıt şosesi ilə hərəkət edən sürücülərə müraciət etdi
Hazırda oxunan: DYP Bakı-Sumqayıt şosesi ilə hərəkət edən sürücülərə müraciət etdi
159530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.