Yaxın dönəmdə bütün vətəndaşlarımızın doğma yurd həsrətinə SON QOYULACAQ

Yaxın dönəmdə bütün vətəndaşlarımızın doğma yurd həsrətinə SON QOYULACAQ

Hazırda oxunan: Yaxın dönəmdə bütün vətəndaşlarımızın doğma yurd həsrətinə SON QOYULACAQ

159503

“30 ilə yaxın dövrdə Ermənistanın işğalı altında olan torpaqlarımız azad edilib, Ulu öndər Heydər Əliyevin başlatdığı missiya uğurla başa çatdırılıb” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin xüsusi iclasında çıxışı zamanı səsləndirib 

“Sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisindəki qanunsuz silahlı qruplar darmadağın edilib. İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın suverenliyi bütün ölkə ərazisində təmin olunub.  

Hamımız şahidik ki, Qarabağı könüllü tərk etmək istəyən erməni əsilli sakinlər üçün Azərbaycan tərəfindən zəruri şərait yaradılıb. Hesab edirəm ki, bütün bunlar Azərbaycan xalqına xas olan, İlham Əliyevin siyasətində özünü təcəssüm etdirən humanizm prinsipinin örnəyidir.  
Bundan əlavə, Azərbaycan regionda sülhün təmin olunması üçün Ermənistanla danışıqların davam etdirilməsində maraqlıdır”, - deyə spiker əlavə edib. 

Sahibə Qafarova qeyd edib ki, artıq işğal dönəmində viran qoyulmuş torpaqlarımıza həyat qayıdır: 

“İnamla söyləmək olar ki, yaxın dövrdə bütün vətəndaşlarımızın doğma yurd həsrətinə son qoyulacaq. Əminik ki, İlham Əliyevin uzaqgörənliyi və siyasi səriştəsi qarşıya qoyulan bütün hədəflərə nail olmağa imkan yaradacaq. Biz möhtərəm Cənab Prezidentə gələcək fəaliyyətində uğurlar arzulayırıq”. 

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO