Oğuzun Qumlaq kəndində obyekt yağmalanıb. Şübhəli şəxs saxlanılıb və hazırda ilkin ibtidai istintaq və təhqiqat aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən, rayon sakini Oğuz Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus obyektdən 10808 manat pul oğurlanması barədə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Qumlaq kəndi ərazisində yerləşən obyektdən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Ə.Qocayev artıq saxlanılıb. Hazırda saxlanılan şəxsin digər cinayət əməllərində iştirakının olub-olmadığı, həmçinin oğurluq faktı üzrə ətrafında araşdırmalar aparılır.
DİN-in Regional qrupundan bildirilib ki, məsələ ilə bağlı Kütləvi İnformasiya Vasitələri məlumatlandırılacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:06 / 11.10.2023
Oğuzda obyektdən 11 min manata yaxın pul OĞURLANDI
Hazırda oxunan: Oğuzda obyektdən 11 min manata yaxın pul OĞURLANDI
Hazırda oxunan: Oğuzda obyektdən 11 min manata yaxın pul OĞURLANDI
159395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.