Arzuolunmayan 35 QIZIN GÜNÜ

Arzuolunmayan 35 QIZIN GÜNÜ

Hazırda oxunan: Arzuolunmayan 35 QIZIN GÜNÜ

159351

“Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan qızların sayı 35-ə bərabərdir”. 

Bunu Bizim.Media-ya açıqlamasında Birliyin rəhbəri Kəmalə Ağazadə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeni sığınacaqlar YARADILACAQ


Onun sözlərinə görə Azərbaycanda bu gün daha çox qız və qadınlar əzilir, fiziki şiddətə, qısnamaya və cinsi zorakılığa məruz qalırlar:

“Sığınacağa qızların daha çox yerləşdirildiyini gördükdə bu qənaətə gəlirik. Bu gün Beynəlxalq Qızlar Günüdür. Mən onlara arzuolunmaz demək istəmirəm. Onların arzuolunan və yararlı vətəndaşlar olduğunu düşünürəm. Həqiqətən də belədir. Kim onları necə qəbul edirsə, etsin. 
Mənim üçün onlar Allahın bizə göndərdiyi əmanətlərdir. 

Onları daim qorumalıyıq. Təbii ki, oğlan və ya qız uşaqları arasında fərq qoymuruq. Ümumilikdə uşaqlardan söhbət gedir. Amma bu gün övladı qızdır deyə abort və hamiləliyin dayandırılması, müxtəlif səbəblərdən sığınacağa yerləşdirilən qızları gördükdə, məlum olur ki, qızlar daha çox qısnamalara, fiziki şiddətlərə və cinsi zorakılıqlara məruz qalırlar”. 

Kəmalə Ağazadə bildirib ki, hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında 68 uşaq qeydiyyatdadır:

“Onların 28-i sanatoriyada, 40- ı isə sığınacaqdadır. Cəmi 5-i oğlandır. Qalan 35-i isə qızdır. Mənə elə gəlir ki, bu statistika artıq öz sözünü deyir”. 

Qızlar Gününün tarixçəsi

Qeyd edək ki, BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib.

Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb. 
Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO