Zaqatalada 82 yaşlı Prezident təqaüdçüsü dünyasını dəyişdi - FOTO

Zaqatalada 82 yaşlı Prezident təqaüdçüsü dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Zaqatalada 82 yaşlı Prezident təqaüdçüsü dünyasını dəyişdi - FOTO

159304

Zaqatalanın Aşağı Tala kənd sakini, bir çox orden və medallarla təltif olunmuş, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Zalxay Həsənova vəfat edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhumla vida mərasimi bu gün keçiriləcək və Aşağı Tala kənd qəbristanlığında dəfn ediləcək. 

Qeyd edək ki, rayona şan-şöhrət gətirənlərdən biri də 1941-ci il dekabrın 31-də dünyaya gələn Zalxay Həsənova olub.

Bu qadın öz halal zəhməti, alın təri ilə keçmiş sovetlər birliyi dövründə əmək qabaqcılları sıyahısına düşərək o dövrün ən yüksək ali mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO