TƏKLİF: Məktəblərin qarşısında avtomobillərin dayanma-durmasına qadağa qoyulmalıdır

TƏKLİF: Məktəblərin qarşısında avtomobillərin dayanma-durmasına qadağa qoyulmalıdır

Hazırda oxunan: TƏKLİF: Məktəblərin qarşısında avtomobillərin dayanma-durmasına qadağa qoyulmalıdır

159237

"Məktəblərin qarşısında şəxsi avtomobillərin dayanma-durmasına qadağa qoyula bilər".

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, məktəblərin qarşısında maşınların sıx dayanması və şagirdlərin hərəkətinə maneə törətməsində əsas məsuliyyət yaxında yerləşməsinə baxmayaraq, uşaqlarını avtomobillə gətirən valideynlərin boynuna düşür: 

”Həmin ərazilərdə maşınların dayanmasına qadağa qoyulması qanunvericilikdə öz əksini tapmayıb. Ancaq bu hallar daha da artır. Bununla bağlı şikayətlər daxil olsa, həmin ərazilərdə dayanma-durmanı qadağan edən hər hansı nişan qoyula bilər”.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli deyib ki, ümumi yolların kənarında yerləşən məktəblərin qarşısında "Dayanma-durma qadağandır!" nişanları qoyulubsa, onun tələblərinə riayət edilməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO