Bu il Azərbaycanda 3 595 təkan qeydə ALINIB 

Bu il Azərbaycanda 3 595 təkan qeydə ALINIB 

Hazırda oxunan: Bu il Azərbaycanda 3 595 təkan qeydə ALINIB 

159195

Bu ilin doqquz ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 8068 yeraltı təkan qeydə alınıb. Bunlardan 3595-i Azərbaycan ərazisində qeydə alınmış təkanlardır. 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsindən Bizim.Media-ya bildirilib ki, 2023-cü ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 62 zəlzələ qeydə alınıb. 

Doqquz ay ərzində Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublikamızın ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərdə baş verib. Azərbaycan ərazisində yüksək maqnitudalı zəlzələ ml-5.6 Xəzər dənizində qeydə alınıb (4 iyul 2023-cü il). 
2023-cü ilin 9 ayı ərzində Azərbaycan ərazisində iki güclü maqnitudası olan ml=5.2 (Kürdəmir) və ml=5.6 (Xəzər zəlzələsi) olan zəlzələlər baş verib. 2023-cü ilin doqquz ayı ərzində qonşu ölkələrin ərazisində (Türkiyə, Gürcüstan-Ermənistan sərhədi, İran ərazisi) seysmik aktivlik artmışdır. 

RSXM tərəfindən qeydə alınan və həmsərhəd bölgələrimizdə hiss olunan zəlzələlər: İran ərazində 11 yeraltı təkan, Türkiyə ərazisində yeraltı təkan, Gürcüstan ərazisində 1 yeraltı təkan və Ermənistan ərazisində 1 yeraltı təkan. 

Qonşu ölkələrin ərazilərində baş vermiş zəlzələlər maqnitudasından və məsafədən asılı olaraq Azərbaycan ərazisində də 5-3 bala qədər hiss olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO