Akademik Damlanın müdafiəsinə QALXDI – VİDEO 

Akademik Damlanın müdafiəsinə QALXDI – VİDEO 

Hazırda oxunan: Akademik Damlanın müdafiəsinə QALXDI – VİDEO 

159173

Müğənni Damlanın son paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Beləki, ifaçı öz paylaşımında bəzi məlumat lövhələrinin yanlış yazılmasına etiraz edib:

“Müvəqqəti narahatçılığa görə üzr istəyirik”. Bu nə deməkdir, axı?! Azərbaycan dilində “çılıq”, “çuluq” şəkilçisi var? Əslində yazılmalıdır ki, “narahatlığa görə üzr istəyirik”.

İfaçının bu fikri sosial şəbəkədə ciddi müzakirələrə yol açıb. Bir çoxları Damlanın fikrini müdafiə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Açıq məkan reklamlarında Azərbaycan dilinə necə TƏCAVÜZ edilir? - ADRA əhalidən KÖMƏK İSTƏDİ


Bəs, əslində bu söz necə yazılmalıdır?

Suala cavab tapmaq üçün dilçi alim, Akademik, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyla əlaqə saxladıq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Damla xanım fikrində haqlıdır:

“Narahatçılıq” düzgün deyil, “narahatlıq” yazılmalıdır. Çünki dilimizdə “narahatçılıq” sözü yoxdur. Ona görə də biz sonuncu dəfə hazırlanan Orfoqrafik lüğətə “narahatlıq” sözünü yazdıq.

Bir daha deyirəm “narahatçılıq” ifadəsi Azərbaycan ədəbi dilinin normasının pozulması deməkdir. 

Madam ki, dilimizdə “narahatlıq” sözü var, ona görə də”narahatçılığa” ehtiyac yoxdur. Çox təəssüf ki, ədəbi dilimizin normalarını bilməyən adamlar hər yerdə “narahatçılıq” yazırlar. Bu da doğru deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO