Bizim.Media-nın qaldırdığı problem HƏLLİNİ TAPDI – Saxta sosiska istehsal edən müəssisə CƏZALANDIRILDI

Hazırda oxunan: Bizim.Media-nın qaldırdığı problem HƏLLİNİ TAPDI – Saxta sosiska istehsal edən müəssisə CƏZALANDIRILDI

159160

Xəbər verildiyi kimi, bu ilin avqust ayının 11-də redaksiyamıza müraciət edən Kənd Əhmədli qəsəbə sakinlərindən biri “Oba Market”dən aldığı klassik “Qrill sosisləri” adı altında istehsal olunan məhsuldan şikayət etdiyini bildirmişdi. 

Şikayətçi həmin sosisləri axşam evdə bişirdiyi zaman xoşagəlməz halla qarşılaşdığını qeyd etmişdi: 

“Səhər sosiskanı yumurta ilə bişirmək istədim, amma yarasız hala düşdü və yemək mümkün olmadı. Buna görə də birini götürüb, həm keyfiyyətinə, həm də dadına baxmaq üçün bıçaqla kəsdim və bir dilim ağzıma qoydum. Dadı çox acıdır, sanki ət məhsulu deyil, bişmiş kağız yeyirdim. Bir neçə dəqiqə sonra boğazımda acılıq və yanğı hiss etdim”.
 

MÖVZU İLƏ BAĞLI:

“Qrill sosisləri” ilə bağlı QORXUNC MƏNZƏRƏ – 2 ay öncə cəza almış müəssisədən ŞİKAYƏT – FOTO/VİDEO 


Qeyd edək ki, sözügedən məhsul fiziki şəxs olan Vüqar Məmmədova (VÖEN - 1604408182) məxsus müəssisədə istehsal olunub. 

Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etmişdik. 

Qurumdan cavab olaraq bildirilmişdi ki, sözügedən istehsalçı müəssisədə bu ilin iyun ayında yoxlama aparılıb və inzibati tədbirlər görülüb:

“Yaxın tarixlərdə yoxlama nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılıb-qaldırılmaması üzrə təkrar yoxlama keçirilməsi nəzərdə tutulub. Yoxlamanın nəticəsi barədə məlumat veriləcək. Əlavə olaraq, istehlakçılar qida məhsulları ilə bağlı sualları yarandığı təqdirdə Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Müraciət daxil olduqdan sonra müvafiq araşdırmalar aparılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Qeyd edək ki, bu gün AQTA məsələ ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Qurumun Bizim.Media-ya verdiyi açıqlamada bildirilib: 

“KİV-də (oxu: Bizim.Media-nın 11 avqust tarixli “Qrill sosisləri” ilə bağlı qorxunc mənzərə – 2 ay öncə cəza almış müəssisədən şikayət” adlı araşdırma yazısı) Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən satış şəbəkəsindən alınmış klassik “Qril sosisləri” əmtəə nişanlı sosiska məhsullarının istehlaka yararsız olması ilə bağlı məlumat yayımlanıb.

Məlumata əsasında, sözügedən məhsulun istehsalçısı olan fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən kolbasa və sosiska emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Aparılan yoxlama çərçivəsində məhsullardan nümunələr götürülüb və müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Belə ki, nümunələrin sınaq nəticəsinə əsasən, “İncə Dad” və “Tək Dad” əmtəə nişanlı sosiska məhsullarının etiket məlumatlarında mal əti qeyd edilməsinə baxmayaraq, tərkibində yalnız toyuq DNT-si aşkar edilib. 

Bununla əlaqədar sözügedən əmtəə nişanlı məhsulların satışının dayandırılması və ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Eyni zamanda, istehlakçıların aldadılması faktı ilə əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilib.

Bununla yanaşı, götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkar edilməyib”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO