Goranboyda evə girən oğrular ər və arvadı döyüb.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.
Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızı xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüb.
Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğrurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:13 / 10.10.2023
Goranboyda evə BASQIN - Ər-arvad xəstəxanalıq oldu
Hazırda oxunan: Goranboyda evə BASQIN - Ər-arvad xəstəxanalıq oldu
Hazırda oxunan: Goranboyda evə BASQIN - Ər-arvad xəstəxanalıq oldu
159138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.