İsraildən qayıdan müğənni Samirə Əfəndi təəssüratlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, Əfəndi mətbuat konfrasından öncə ATV-də yayımlanan “Bizimləsən” proqramının canlı efirinə qoşulub.
Sənətçi bildirib ki, İsraildən İstanbula təyyarə ilə gəlmək üçün 2 saat hava limaninda gözləyiblər: Hər yerdə hərbi geyimli insanlar, təcili yardım maşınları vardı. 2 gün yuxusuz qaldıq, çünki çox qorxurduq”.
Əfəndinin sözlərinə görə, oteldə olarkən onlara sms vasitəsilə bomba sığınacaqlarına qaçmaq göstərişi verilib.
Müğənni bildirib ki, hərbi hücumlar səbəbindən bilet almaqda çətinlik çəkiblər:
“Səfirlik və diaspor nümayəndələri bizimlə mütəmadi olaraq əlaqədə olurdu. Lakin alınan biletlər də geri qaytarılırdı. Çünki uçuşlar təxirə salınırdı”.
Daha ətraflı videomaterialda:
Bizim.Media