Nazir Qarabağda müsadirə edilən silahlarla bağlı tapşırıqlar verdi

Nazir Qarabağda müsadirə edilən silahlarla bağlı tapşırıqlar verdi

Hazırda oxunan: Nazir Qarabağda müsadirə edilən silahlarla bağlı tapşırıqlar verdi

159053

Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verilib.

Bizim.Media xəbər verir ki, bu barədə tapşırığı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün keçirilən xidməti müşavirədə verib.

Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO