Bu tarixdə geomaqnit qasırğası OLACAQ 

Bu tarixdə geomaqnit qasırğası OLACAQ 

Hazırda oxunan: Bu tarixdə geomaqnit qasırğası OLACAQ 

159027

Geomaqnit sahəsinin aktivliyi 5 oktyabrda fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısamüddətli geomaqnit qasırğası baş verib. Hazırda Kp indeksi 1.3 -ə bərabərdir, kosmik hava sakitdir. 

Bu barədə Bizim.Media-ya Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Proqnoz günlərində (10-16 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin də fon səviyyəsində qalacağı gözlənilsə də, Tac dəliklərinin radiasiya qurşaqlarına təsiri ehtimalı da istisna olunmur. 

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. 

Geomaqnit sahəsinin də mənfi qütblü Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 11-14 oktyabr tarixlərində qeyri-sabit olacağı gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO