“ Distant təhsil coğrafiyası dəfələrlə çoxalıb, tam istədiyimiz yerdə olmasaq da irəliyə doğru addım atırıq.”
Bizim.Media-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir ödəniş haqları ilə bağlı suala da aydınlıq gətirib. O bildirib ki, özəl təhsil müəssisələri, məktəb və liseylər təhsil haqqının ödənişi ilə bağlı özü qərar verir.
Tətil müddətinə gəldikdə isə nazir ali təhsil müəssisələrində bunun kompensasiya ediləcəyini söyləyib.
“Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək. Prosesin ortasında bunu qiymətləndirmək çətindir. Növbəti həftələrdə yəqin yoluxma daha çox arta bilər. Bu proses bitdikdən sonra, hətta bu ilin sonuna qədər də çəkə bilər”.
Emin Əmrullayev repetitorluq fəaliyyətinə də toxunub:
“Repetitorluq təhsil müəssisələri sayılmır, tənzimlənməsi də problemdir. Bu sahədə hər hansı qadağa nəzərdə tutulmur”.
Bizim.Media