İbrahim Rəisi: “Araz keçidinin tikintisi sürətləndirilməlidir”

İbrahim Rəisi: “Araz keçidinin tikintisi sürətləndirilməlidir”

Hazırda oxunan: İbrahim Rəisi: “Araz keçidinin tikintisi sürətləndirilməlidir”

158935

İran Prezidenti İbrahim Rəisi Araz keçidinin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti hökumətin bugünkü iclasında deyib.
O bildirib ki, bu layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq.

Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO