BİZİM TƏQVİM: 9 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 9 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 9 oktyabrda baş vermiş tarixi hadisələr

158900

Silahlı Qüvvələrimiz 2020-ci ilin bu günündə Xocavənd rayonunun Hadrut qəsəbəsi (keçmiş Hadrut rayon mərkəzi), Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər, Qışlaq, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı və Tərtər rayonunun Çaylı kəndlərini azad edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsinin və Xocavənd, Cəbrayıl, Füzuli və Tərtər rayonlarının bir neçə kəndinin Ermənistan işğalçı qüvvələrindən azad edilməsi ilə əlaqədar xalqa müraciət edib.

Bəs, oktyabrın 9-da dünyada daha nələr olub?

1. 9 oktyabr 1912-ci ildə “Balkan ittifaqı”nda birləşən ölkələrin (Bolqarıstan, Yunanıstan, Serbiya, Çernoqoriya) Osmanlı imperiyasına qarşı müharibəsi başlayıb.

2. 9 oktyabr 1854-cü ildə Krım müharibəsində Osmanlı və müttəfiqlərinin Sevastopol mühasirəsinə start verildi.

3. 9 oktyabr 1874-cü ildə Ümumdünya Poçt İttifaqı yaradılıb.

4. 1876-cı ilin 9 oktyabrında Qraham Bel ilk telefonu sınaqdan çıxarıb.

5. 9 oktyabr 1944-cü ildə Türkiyənin banisi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olacaq Anıtqəbirin təməli təşkil edilən mərasimlə qoyulub.

6. 9 oktyabr 1944-cü ildə İngiltərə, Çin, ABŞ və Sovet İttifaqı BMT-nin qurulacağını açıqladılar.

7. 9 oktyabr 1963-cü ildə İtaliyanın şimalında baş verən sel fəlakətində 2 mindən çox insan həlak oldu.

8. 1992-ci ilin bu günündə Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilib.

9. 9 oktyabr 1997-ci ildə Strasburqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü zamanı GUAM beynəlxalq təşkilatının yaradılması qərara alınmışdır.

10. 2004-cü ilin 9 oktyabr tarixində Türk Hava Qurumu tərəfindən təşkil edilən hava oyunlarında 433.5 kvadratmetrlik böyüklüyündəki bayraqla tullanan paraşütçü Xaqan Zəngin Ginnesin Rekordlar Kitabına düşdü.

11. 9 oktyabr 2006-cı ildə Google şirkəti YouTube–i almaq üçün 1,65 milyard ABŞ dolları ödədiyini bəyan edib.

12. 9 oktyabr 2008-ci ildə Bakı metrosunun yeni tikilmiş “Nəsimi” stansiyası açılıb.

13. 2013-cü ilin bu günündə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. İlham Əliyev seçicilərin 84,54 faiz səsini qazanaraq növbəti müddətə dövlət başçısı seçilib.

14. 9 oktyabr 2017-ci ildə Avropa Amputant Futbol Çempionatı finalında İngiltərəni 2-1 hesabı ilə məğlub edən Türkiyə Milli Komandası Avropa çempionu oldu.

Oktyabrın 9-da bu şəxsiyyətlər xatırlanır:

1. 9 oktyabr 1862-ci ildə Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb.

Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.

2. 9 oktyabr 1926-cı ildə Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub.

Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.

3. 9 oktyabr 1946-cı ildə kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub.

Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Təhminə”, “Otel otağı”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Sübhün səfiri” və s. 4. Azərbaycanın Milli Qəhrəmanı Yunis Əliyev 9 oktyabr 1958-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO