“2020-ci il Dağlıq Qarabağda müharibənin başlanğıcında erməni əsgərlərin çoxu, görünür, 1994-cü ildə apardıqları müharibəyə bənzər müharibə aparacaqlarını gözləyirdi”.
Bizim.Media xəbər verir ki, bu fikir “Forbes”da dərc olunan ''Son Azərbaycan-Ermənistan müharibəsi azsaylı millətlərin müasir savaşlarda mübarizə üsulunu dəyişdi'' başlıqlı məqalədə yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə şəhidlərimizin xatirəsi bu cür əbədiləşdirildi - FOTO
''Erməni qüvvələri “dünənki” müharibəni təkrarlamağa yox, “sabahkı” savaşa kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib''- deyə məqalədə qeyd edilib.
Nəşrdə müharibədə müasir pilotsuz uçan aparatların roluna diqqət çəkilib.
“Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2”ləri məsafədən idarə olunan aparatlarla əvəzlədi. “Harop”un bu vacib hədəfləri yüksək dəqiqlik və yüksək effektvliklə aşkar edib məhv etməsinə imkan verdi”, - “Forbes” qeyd edir.
Nəşr həmçinin münaqişə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı “Bayraktar TB2” dronlarının Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etdiyini vurğuladığını xatırladıb:
"Çox güman, bu, mübaliğə deyildi, çünki məlumata görə, 240-a yaxın erməni tankı məhv edilib".
Bildirilib ki, Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi.
Bizim.Media