Gəncənin 101 yaşlı sakini dünyasını dəyişdi - FOTO

Gəncənin 101 yaşlı sakini dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Gəncənin 101 yaşlı sakini dünyasını dəyişdi - FOTO

158855

Bugün səhər saatlarında Böyük Vətən Müharibəsi iştirakçısı, 101 yaşlı Gəncənin qəhrəman veteranı Tofiq Hüseynov vəfat edib. 

Bizim.Media xatırladır ki, Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub.

1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. 
Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO