Gədəbəydə QƏZA: 2 ölü, 1 yaralı var 

Gədəbəydə QƏZA: 2 ölü, 1 yaralı var 

Hazırda oxunan: Gədəbəydə QƏZA: 2 ölü, 1 yaralı var 

158792

Gədəbəy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.  

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Orxan Allahverdiyevin idarə etdiyi Nissan markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO