Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn EDİLDİ - FOTO 

Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn EDİLDİ - FOTO 

Hazırda oxunan: Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn EDİLDİ - FOTO 

158612

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Antiterror tədbirlərində yaralanan polisimiz ŞƏHİD OLDU - FOTO


Şəhid, Ulacalı kənd qəbiristanlığında, yaxınlarının məzarının yanında torpağa tapşırılıb. 

Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO