Balıq sağlam qida rasionunda əsas yer tutsa da bir çox hallarda bu məhsullardan uzaq durmaq lazım gəlir. Məsələn, bir qayda olaraq yay aylarında balıq məhsullarının istehlakı məsləhət görülmür. Hətta balıq ovuna yay aylarında qadağa qoyulur.
Əslində isə həm balıq ovuna qoyulan qadağa, həm də bu məhsulların yay aylarında istehlakının məqsədəuyğun olmamasının konkret səbəbləri var. Balıq insan sağlamlığı üçün nə qədər önəm daşısa da onu bütün fəsillərdə yemək olmaz. Xüsusən də isti aylarda. Bunun bir səbəbi odur ki, balığın orqanizminin çox hissəsi sudur. İsti havada da balıqdakı sulu maddələr tez sovrulur.
Bununla da onun faydalılıq əmsalı xeyli aşağı düşür.
Digər səbəbsə odur ki, balıqdan zəhərlənmə riski çox yüksəkdir. Xüsusən də bəzi sümüksüz balıqlardan zəhərlənmə yay aylarında daha çox olur. Bu da onunla bağlıdır ki, sümüksüz balıqların tir hissəsində xüsusi maddə olur. Bu maddə balığın bədəninin temperaturunu stabilləşdirir. Sudan çıxan balıq bir gündən artıq açıq havada saxlanıldıqda o maddələr balığın bütün hissələrinə yayılır. Bu da yüz faizlik zəhərlənmə riski yaradır.
İslamda da bir çox balıqların itehlakı haramdır. Bəs, bu nə ilə bağlıdır?
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, İslam dinində pulcuqsuz balıqların yeyilməsi haram hesab edilir:
“Bu barədə “Qurani Kərim”də də yazılıb. Bu da onunla izah edilir ki, pulcuqlar balıqları sularda zəhərli həşaratdan qoruyur. Ancaq pulcuqsuz balıqlar daima zəhərli həşaratların hücumuna məruz qalır. Nəticədə, pulcuqsuz balığın dərisi və orqanizmi çox asanlıqla hansısa bakteriyanın daşıyıcısına çevrilə bilir.
Ona görə də dinimiz insanların sağlamlığı baxımından pulcuqsuz balıqların istehlakını məsləhət görmür. Amma nəzərə alaq ki, dinimizdə də istisnalar var. Ac olarkən və qidalanmağa başqa məhsul tapmadıqda bu balıqlardan və hətta donuz ətindən belə faydalanmaq olar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 07.10.2023
Pulcuqsuz balıqlar niyə HARAMDIR? – AÇIQLAMA
Hazırda oxunan: Pulcuqsuz balıqlar niyə HARAMDIR? – AÇIQLAMA
Hazırda oxunan: Pulcuqsuz balıqlar niyə HARAMDIR? – AÇIQLAMA
158605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.