Nazir:

Nazir: "Yeni platformalar VPN-siz işləyəcək"

Hazırda oxunan: Nazir: "Yeni platformalar VPN-siz işləyəcək"

1586

“Bütün təhsil müəssisələrində onlayn tədrisə keçilir. Bu qərarın icrası müəyyən çətinlik yaradacaq, amma əvvəlki dövrlərdən bu təcrübə var, inanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik”.

Bizim.Media-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri bildirib ki, bir çox halda mövcud çətinliyə baxmayaraq onlayn tədris daha uyğun qərar olub:

“Ən böyük məsələ ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Təbii ki, müəyyən problemlər var, internetin keyfiyyəti və s. Amma eyni zamanda bir çox hallarda VPN istifadəsi mane olur, ona görə də bu platformalar VPN-siz işləyəcək”.

Emin Əmrullayev qeyd edib ki, internetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı da problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir.

“10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq”-deyə nazir əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO