Qəhrəman oğulun fədakar ANASI... – Zaqataladan REPORTAJ/FOTO 

Qəhrəman oğulun fədakar ANASI... – Zaqataladan REPORTAJ/FOTO 

Hazırda oxunan: Qəhrəman oğulun fədakar ANASI... – Zaqataladan REPORTAJ/FOTO 

158599

Ömrünün 31 ildən çoxunu məktəblilərin təlim-tərbiyəsinə həsr edən, yüzlərlə gəncin ilk müəllimi olan, 5 oktyabr Beynəlxalq Müəllim gününü qürurla qeyd edənlərdən biri də Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qazıyevadır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Aşağı Tala kənd Ramiz Şabanov adına 3 nömrəli tam orta məktəbdə çalışan, müəllimlərin sertifikasiya imtahanında ən yüksək nəticə göstərən Südabə müəlim ilə bu əlamətdar gündə görüşmək, onun ziyarətinə getmək bizim borcumuzdur.  
 

MÖVZU İLƏ BAĞLI:

Antiterror tədbirlərində yaralanan polisimiz ŞƏHİD OLDU - FOTO


31 ilin cəfası...   

Südabə müəllimə ilə dərsarası tənəffüsdə məktəbin həyətində görüşürük. Ötən tədris ilinin onun üçün uğurla keçdiyini deyir. Sertifikasiya imtahanlarında yüksək nəticə əldə edən müəllimə gənclərə örnək olaraq öz peşəsinə sadiqliyini nümayiş etdirmiş oldu. Beləcə günün son dərsi başlayır. 

Hər dəfəsində olduğu kimi dərslərdə uşaqlara Vətənimiz, Dövlətimiz, onun sərhədləri, həyata keçirilən son uğurlu antiterror əməliyyatları barədə məlumat verilir. Dərs saatının sonuna yaxın Südabə müəllimi daha bir sürpriz gözləyir. 

Bu dəfə gələnlər məktəb rəhbərliyi-direktor müavinləri qapının döyərək gül dəstələri ilə sinfə daxil olurlar.

Məktəbin direktor müavini Mehbarə Qaracayeva deyir ki, Südabə müəllimin buraxılış sinifləri bütün dövlərdə yüksək nəticələri və vətənpərvər oğulları ilə fərqlənib.  

Hətta riyaziyyat fənnini də vətənpərvərlik istiqamətində qururlar. 

Qəhrəman anası ilə dərsdən sonra elə sinifdə söhbətləşirik. Südabə Qazıyeva deyir ki, ibtidai siniflər hər bir şeyin təməlidir. Həm bütün elmlərin təməli burda qoyulur, həm şagidlər bir şəxsiyyət kimi bu siniflərdə formalaşır, həm vətənpərvərlik, həm əxlaqı tərbiyə. 

“Bu mənada, bir müəllim kimi bütün bu aspektlərə, xüsusən onların milli-mənəvi tərbiyəsinə və vətənpərvərlik ruhunda böyüməsinə, şəxsiyyət kimi formalaşmasına fikir veririk”, - deyə Südabə Qazıyeva deyir.  

Baş guşədəki Qəhrəmanlarımız. 

Dərslər başa çatandan sonra üz tuturuq Südabə müəllimin evinə. O evə ki, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov bu yurdda doğulub, boya-başa çatıb. Evin baş guşəsini qəhrəmanımıza aid materiallar bəzəyir. Qəhrəmanımızın guşəsinin qarşısında dayanıb Südabə müəllimə ilə söhbətləşirik. 

“Mənim şagirdlərim içərisində də hərbi sahəyə yönələnlər, Vətəni qorumağı seçənlər çoxdur. Elə mənim oğlum da bu sahəni seçmişdi.

O, hərb sahəsini seçərək Vətəni qorumağı hər şeydən üstün tutdu” deyir və əlavə edir ki, Vətən Müharibəsindən sonra onlarla yetirməsi hərbi sahəyə müraciət edib. 

Keçmiş şagirdləri Südabə müəllimdən məsləhət və xeyir-dua alıblar. Bu isə ancaq qürurvericidir. Fürsətdən yararlanıb Valeh Bədəlovun keçdiyi döyüş yolu və onun haqqında qələmə alınan reportaj və hekayələrlə, sənədli filimlərlə də tanış oluruq. 

Yeri gəlmişkən oktyabrın 7-də Valehin şəhidliyə yüksəlməsinin növbəti ildönümü qeyd olunacaq. Bu günlər Bədəlovlar ailəsini rayon ictimaiyyəti, yüzlərlə insan ziyarətə gəlir, onların yanında olur. 


















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO