Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – Yol nişanın qarşısını kəsən ağaclar BUDANDI - FOTO  

Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – Yol nişanın qarşısını kəsən ağaclar BUDANDI - FOTO  

Hazırda oxunan: Bizim.Media-nın qaldırdığı məsələ HƏLLİNİ TAPDI – Yol nişanın qarşısını kəsən ağaclar BUDANDI - FOTO  

158570

Bakı Şəhər Nəsimi rayon Elman Babaxanov küçəsində yerləşdirilmiş yol nişanının qarşısını kəsən ağaclar sürücülərə problem yaradırdı. Belə ki, nişan aydın görünmədiyinə görə, sürücülər tərəfindən redaksiyamıza şikayətlər daxil olurdu. Sözügedən vəziyyətdən şikayət edən sürücülər yol nişanlarını görə bilmədikləri üçün qaydaları pozduqlarını və cərimə olunduqlarını bildiriblər. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etdik.  

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Bizim.Media-ya bildirilib ki, nişanların qarşısı budaqlarla örtüldüyü zaman onlara həmin nişanın balansdaşıyıcısı tərəfindən rəsmi müraciət daxil olmalıdır:  

“Lakin buna baxmayaraq, birliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və belə hallar aşkarlandıqda aradan qaldırılır. Qeyd etdiyiniz ünvanda dərhal tədbirlər görüldü və problem aradan qaldırıldı”. 








Cahan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO