Ukraynalı uşaqlar Şəkidə - FOTO   

Ukraynalı uşaqlar Şəkidə - FOTO   

Hazırda oxunan: Ukraynalı uşaqlar Şəkidə - FOTO   

158567

Ukraynalı uşaqların Şəkiyə səfəri təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların Şəkiyə ekskursiyası maraqlı və yadda qalan olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələdə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrində gəzintisi təşkil olunur.

Onlar Şəkidə yerləşən tarixi-memarlıq abidələri ilə tanış olub, Xan Sarayı və Karvansaraya səfər ediblər. Uşaqlar Şəki mətbəxi ilə də tanış olublar. 

Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.
Onlar art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Düşərgə iştirakçıları psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər. 








Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO