Sahibkar MCP-nin qadın üzvünü TƏHDİD ETDİ: “Ona baha başa gələcək” – ZİRZƏMİ QALMAQALI

Sahibkar MCP-nin qadın üzvünü TƏHDİD ETDİ: “Ona baha başa gələcək” – ZİRZƏMİ QALMAQALI

Hazırda oxunan: Sahibkar MCP-nin qadın üzvünü TƏHDİD ETDİ: “Ona baha başa gələcək” – ZİRZƏMİ QALMAQALI

158557

Suraxanı rayonu Hövsan qəsəbəsində beşmərtəbəli binanın zirzəmisində qanunsuz obyekt tikilməsi ilə bağlı yazı dərc etmişdik. Hafiz Quliyev küçəsi, 24-cü binanın sakinlərinin etirazı və müraciətinə görə tikilən iaşə obyekti ilə bağlı binanın sütununa müdaxilə edilib. Qeyri-qanuni divar örtüyünün aradan götürülməsi isə bina sakinlərini təhlükə altına qoyub. Etiraz edən sakinlərdən biri də Milli Cəbhə Partiyasının fəal üzvü Almaz Məmmədovadır. 

Hansı ki, məhz onun aidiyyəti qurumlara şikayətindən sonra binanın divar örtüyünün aradan qaldırılmasına müdaxilə edilib və işlər dayandırılıb. Bu isə obyekt sahibi olan Sakit İbrahimovu özündən çıxarıb.   

Sahibkar Bizim.Media-ya açıqlamasında Almaz Məmmədovanın ona qarşı qərəzli münasibət sərgilədiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hövsanda binanın zirzəmisində obyekt TİKİLİR – İcra "qanunsuzdur" deyir, obyekt sahibi isə... – FOTOFAKT 


Hətta xanımın reket jurnalist olduğunu, bundan əvvəllər də ayrı-ayrı sahibkarları şantaj edərək pul müqabilində sövdələşməyə getdiyini iddia edib:

“Almaz Məmmədova reket jurnalistdir. Hövsanda 4-5 sahibkarı şantaj edərək, onlardan pul alıb. Sahibkarları çağırtdırıb, danışdıra da bilərəm. Hərəsindən nə qədər vəsait aldığı da bəllidir. Səs yazıları var. 3 saytı kurasiya edir. Gəlin sizlə görüşək, onun hansı xəbər saytlarında çalışdığını faktlarla qarşısınıza qoyum. Kimdən nə qədər pul alır və kimi necə şantaj edir...

Bunu təsdiq də edə bilərəm və əlimdə faktlarım var. Elə bu faktlarla da Almazın özü tutulacaq. Özüm onu məsuliyyətə cəlb etdirəcəm və qanuni tədbirləri görəcəm. O adama çatdırın ki, o, özü-özünü bitirəcək. Bu adam fikirləşmir ki, başını qılıncın ortasına qoyub və başını apararlar. O xanım reket jurnalistika fəaliyyəti ilə məşğuldur. Bu da ona baha başa gələcək. Dövlətimizin qanunları var”, - deyə sahibkar əlavə edib. 

Milli Cəbhə Partiyasının fəal üzvü Almaz Məmmədovanın isə sahibkarın onun barəsində söylədiyi ittihamlara cavabı belə olub: 

“Həmin sahibkarı tanımıram. Qaldı ki, zirzəmi ilə bağlı məsələdə fəallıq nümayiş etdirməyimə səbəb 3-4 il öncə həmin binanın 11-ci mənzilində qeyri-qanuni divar örtüyü aradan qaldırılırdı. O gündən hər hansı bir qayda pozuntusuna bir sakin olaraq etirazımı bildirirəm. İndi də həmin binanın 2 nömrəli mənzilinin zirzəmisində eyni hadisə, yəni divar örtüyünə zərər verərək qapı açılıb və zirzəminin özülündən 2 kamaz torpaq çıxarılıb. Mən müdaxilə etdikdən, bütün qurumları ayağa qaldırdıqdan sonra zirzəmi 2 dəfə blomlanıb. 

Çox maraqlıdır mən qurumlara şikayət etməsəm, indi artıq həmin zirzəmi öz fəaliyyətini davam etdirirdi. Dəfələrlə bu bina ilə bağlı həyacan təbili vermişəm, amma hələ də bu cür faktlarla qarşılaşıram. Burada əsas məsul qurum Əmlak Məsələləri Dövlət Komitəsidir. Necə olur ki, həmin zirzəmiyə ilkin baxış keçirilmədən rəsmi çıxarış verə bilir?” 

Qaldı ki, qeyd edilən ittihamlara, Almaz Məmmədova Sakit İbrahimovun söylədiyi bütün iddialara hüquqi müstəvidə cavab veriləcəyini deyib:

“Əminəm ki, iddiaçı şəxs işlətdiyi hər kəlmənin arxasında durmağı bacarır. Mənə atılan şər-böhtan əslində paralel olaraq dövlət qurumlarına atılmış sayılır. Çünki mən şikayətçi tərəfəm, tikintini isə Suraxanı Rayon İcra Hakimiyyəti, Fövqalədə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar dayandırıb. Dövlət əmlakına ziyan vurub, hüquqlarını bilən bir Azərbaycan qadınına o cür şər-böhtan atmaq ancaq çarəsizlik, qadın uğurunu həzm edə bilməyənlərin işidir. Deyilən hər kəlməyə görə hüquqi müstəvidə cavab veriləcək və aidiyyəti orqanlara müraciət olunacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO