Azərbaycanda kosmosla bağlı layihələr həyata keçirilsə, iştirak edərəm - Türkiyəli astronavt

Azərbaycanda kosmosla bağlı layihələr həyata keçirilsə, iştirak edərəm - Türkiyəli astronavt

Hazırda oxunan: Azərbaycanda kosmosla bağlı layihələr həyata keçirilsə, iştirak edərəm - Türkiyəli astronavt

158491

74-cü Beynəlxalq Astronavtika Konqresinin - belə böyük kosmik tədbirin Azərbaycanda, xüsusilə möhtəşəm bir məkanda keçirilməsi çox böyük sevinc və qürur qaynağıdır.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində kosmosa ilk dəfə uçacaq əslən azərbaycanlı olan türkiyəli astronavt Tuva Cihangir Atasever söyləyib.

“2023-cü ildə, Türkiyə Cümhuriyyətinin 100 illiyi dönəmində Astronavtika Konqresinin Bakıda keçiriləcəyini öyrənəndə hər kəs Türkiyənin özündə keçiriləcəkmiş kimi sevindi. Həm ölkəm adına, həm öz adıma deyə bilərəm ki, bu, çox sevindirici bir hadisədir. Ana Vətənim Azərbaycanda belə mötəbər tədbirin keçirilməsi, bir astronavt namizədi olaraq bura gəlmək böyük xoşbəxtlikdir”, deyə o, qeyd edib.

Atasever bildirib ki, konqresin ilk günündən etibarən xüsusi proqram çərçivəsində Bakının fərqli yerlərində, məktəblərdə və universitetlərdə olub: 

"Şagirdlərlə, tələbələrlə görüşüb, fikir mübadiləsi aparıblar. Onların gözündəki həyəcanı və şirin təbəssümləri görəndə çox xoşbəxt oldum. İndiyədək qazandığımız və qazanacağımız təcrübələrimizi bu gənclərə ötürmək və onları həvəsləndirmək bizim ən əsas vəzifələrimizdən biridir”.

Astronavt gələn il kosmosa iki uçuş edəcəyini vurğulayıb:

"Onlardan biri 2024-cü ilin yanvar ayında, digəri isə mart ayında olacaq. Hər iki uçuş zamanı elmi araşdırmalar həyata keçirəciyik. 13 mövzuda elmi araşdırma aparılacaq. Gələcəkdə bu elmi araşdırmalar müxtəlif proseslərin, xüsusilə xərçəng xəstəliyinin müalicəsi istiqamətində tətbiq olunacaq”.

“Biz Azərbaycan bayrağının kosmosa çıxmasını istəyirik. Gələcəkdə Azərbaycanda Aya missiyalar və ya kosmosla bağlı digər layihələr həyata keçirilsə mən həvəslə iştirak edərəm”, deyə o yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO