Bakıda iki nəfəri öldürən dəstə üzvlərinin məhkəməsi keçirilib

Bakıda iki nəfəri öldürən dəstə üzvlərinin məhkəməsi keçirilib

Hazırda oxunan: Bakıda iki nəfəri öldürən dəstə üzvlərinin məhkəməsi keçirilib

158238

Bakıda iki nəfərin qətlində təqsirləndirilən şəxslər Nurani Məmmədov, Ramin Quliyev, Yunis Rəhimov, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi keçirilən iclasda təqsirləndirilən şəxslər - Sərxan Şahbazov və Yunis Rəhimov ifadə verib. 

Sərxan Şahbazov hadisə zamanı heç nə görmədiyini və özünü iş üzrə təqsirli bilmədiyini deyib. 

Daha sonra digər təqsirləndirilən Yunis Rəhimov ifadə verib. O da hadisəni görmədiyini deyib. 
Növbəti məhkəmə prosesi oktyabrın 31-də keçiriləcək. 

Qeyd edək ki, hadisə ötən ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Hadisə zamanı Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib. 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO