Xalq artistindən müğənniyə SƏRT REAKSİYA – “Ölünü də özbaşına qoysan...” – VİDEO 

Xalq artistindən müğənniyə SƏRT REAKSİYA – “Ölünü də özbaşına qoysan...” – VİDEO 

Hazırda oxunan: Xalq artistindən müğənniyə SƏRT REAKSİYA – “Ölünü də özbaşına qoysan...” – VİDEO 

158179

Aktrisa, müğənni və nəhayət tiktoker Ellada Eyvazova növbəti dəfə gündəmə gəlib. O bu dəfə oxuduğu “Baləlinin Rang Roverindən istəyirəm” adlı mahnısında səsləndirdiyi sözlərlə sosial şəbəkə istifadəçilərinin tənəsinə tuş gəlib. Açıq, vulqar ifadələrlə və erotik pozlarla dolu olan videopaylaşımda Ellada pul qazanmağın yollarından “bəhs edib”.

Mövzu ilə bağlı Xalq artisti, rejissor Əbdül Mahmudovun fikirlərini öyrəndik. 

Bizim.Media-ya açıqlamasında o bildirib ki, günah o xanımda deyil, bizdədir:

“Xalq öz dəlisinə də, ağıllısına da sahib çıxmalıdır. Bir el misalı var ey deyir ki, “ölünü də özbaşına qoysan…” Hər şeyi özümüz etmişik. Lazımdır ki, zamanında hər kəsə yeri göstərilsin.

Ellada xanımı nə aktrisa, nə də ki, müğənni kimi tanımıram. Amma onun elədiklərini eşidəndə bir el bayatısı yadıma düşdü:

Əziziyəm qız-qıza,

Oğlan qıza, qız-qıza.

Oğlan qızsa eybi yox,

Vay o günə qız qıza.

Allah ona ağıl versin, onu düzgün yola hidayət etsin. Bizim xalqımızın milli dəyərləri olub və var. Populyarlıq üçün o dəyərləri ayaq altına atmaq olmaz. Bu gün bir paylaşımla populyarlıq qazanmaq olar.

Eyni zamanda, bu paylaşım həmin xanımın bütün həyatını məhv edə bilər. Ona görə də mənim o xanıma ancaq yazığım gəlir. O zavallı həyatda öz yerini tapa bilmir”.

Qeyd edək ki, bir müddət əvvəl Ellada Eyvazova  “Yevlaxlı ər axtarıram” plakatı ilə Bakı küçələrinə düşmüşdü.
 


Surxay Atakişiyev,Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO