Boşanmaların 5 əsas SƏBƏBİ HANSILARDIR? – Qasım Şalıyevdən AÇIQLAMA

Boşanmaların 5 əsas SƏBƏBİ HANSILARDIR? – Qasım Şalıyevdən AÇIQLAMA

Hazırda oxunan: Boşanmaların 5 əsas SƏBƏBİ HANSILARDIR? – Qasım Şalıyevdən AÇIQLAMA

158138

Boşanma, evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bəzən bir çox çətinliklərə rəğmən evlənə bilən şəxslər belə, onu qorumağı bacarmırlar. 

Ümumiyyətlə, günümüzdə evliliklərin bitməsinin əsas səbəbləri nədir?

15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şalıyev Bizim.Media-ya boşanmaların 5 əsas səbəbini açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Günə 60 BOŞANMA – “Nikahın pozulmasına normal baxanların sayı artıb” – KOMİTƏ


1. Nikahın qurulması zamanı bir-birinə özləri və ailələri haqqında yalan informasiya verməsi nəticəsində yanılma hissi, bunun davamında bir-birinə qarşı inamsızlıq, nifrətin yaranması;

2. Ailə işlərinə kənar müdaxilələrin olması;

3. Tərəflərdən birinin və ya hər ikisinin qarşı tərəfi bu və ya digər şəkildə, özü də bilmədən (özü üçün normal saydığı) davamlı olaraq alçaltması, əzməsi;

4. Narkotik, içki və azart oyun aslılığı;

5. Psixoloji uyğunsuzluq.

Mediator bildirib ki, mediasiya xüsusi struktura malik, bir neçə mərhələdən ibarət danışıqlar prosesidir: 

“Hazırlıq mərhələsi, birgə sessiya, təkbətək görüş və yekun nəticə. Biz hazırlıq mərhələsində tərəflərlə ayrıca əlaqə saxlayır və mübahisənin mahiyyətini anlamağa çalışırıq. Münaqişənin də müəyyən mərhələləri var. Ünsiyyət anidən sıfırlanmır. Onun da psixoloji mərtəbələri, addımları var. 

Biz öyrəndiyimiz texnikalar əsasında həmin cütlüklər arasında mübahisənin hansı mərhələdə olduğunu anlamağa çalışırıq. Onların dediklərindən sonra məsələni, mübahisəni təhlil edirik və daha sonra uyğun zamanda tərəfləri mediasiya mərkəzimizə dəvət edirik. Biz əksər hallarda görürük ki, tərəflər öz mübahisələrini qarşılıqlı müzakirə etməyiblər. Çox vaxt tərəflər bir-birini dinləmədən qarşılıqlı günahlandırmaya əl atırlar”. 

Qasım Şalıyev qeyd edib ki, mediasiya proseslərində bəzən kənar şəxslərin köməyi də önəmli rol oynayır:

“Bizdə bir mediasiya prosesi olmuşdu. Orda oğlanın anasının prosesə daxil olması ilə məsələlər yağ kimi həll olundu. Yəni cütlüklər barışmasalar da, nikahın pozulmasında yaranan problemlər tərəflər arasında sivil qaydada həll olundu. Mediasiyanın ən böyük üstünlüklərindən biri tərəflər arasında fərqindəlik yaratmaqdır. Yəni mediator ər-arvad arasında münasibətləri düzəldən şəxs deyil, sadəcə verdiyi neytral suallarla onlar arasında mübahisələrin düzgün zəmində həllinə imkan yaradandır”.

Cahan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO