Ötən ay 149 nəfər ZƏHƏRLƏNİB 

Ötən ay 149 nəfər ZƏHƏRLƏNİB 

Hazırda oxunan: Ötən ay 149 nəfər ZƏHƏRLƏNİB 

158128

Sentyab ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib. 

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub. 

Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, 7-si etanoldan zəhərlənib. Digərlərindən 3-ü allergik reaksiyadan, 6-ı isə botulizm, 3-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. 

Həmçinin onlardan 14 nəfəri ilan sancıb. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 2-si kişi, 2-i qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO