Rəsulzadənin nəvəsinin son durumu AÇIQLANDI 

Rəsulzadənin nəvəsinin son durumu AÇIQLANDI 

Hazırda oxunan: Rəsulzadənin nəvəsinin son durumu AÇIQLANDI 

158123

Xəbər verdiyimiz kimi, Əməkdar rəssam Rəis Rəsulov (Rais Rəsulzadə) sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Rais Rəsulzadə son durumu ilə bağlı Bizim.Media-ya açıqlamasında hazırda vəziyyətinin stabil olduğunu bildirib: 

“Hazırda vəziyyətim yaxşıdır. Bir-iki günə xəstəxanadan evə buraxılacam”. 

Qeyd edək ki, Rais Rəsulzadə Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Əməkdar Rəssamı, 2022-ci ildən bəri isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 

Cahan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO