Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO 

Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO 

Hazırda oxunan: Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO 

158085

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən Əlirahim Hümbətov saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr göndərən şəxslə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub.

Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən ona deyilən yerdən narkotik vasitələri götürüb, başqa ünvana aparmaq istəyərkən yaxalanıb. 

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri zamanı isə narkotiklərin dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini Samir Qurbanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO