Kürdəmir qəzasında xəsarət alanların kimliyi BİLİNDİ - FOTO 

Kürdəmir qəzasında xəsarət alanların kimliyi BİLİNDİ - FOTO 

Hazırda oxunan: Kürdəmir qəzasında xəsarət alanların kimliyi BİLİNDİ - FOTO 

158038

Kürdəmirdə baş verən ağır yol qəzasında xəsarət alan 2 nəfərin kimliyi müəyyənləşib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hadisə zamanı "Mercedes" markalı avtomaşın İmişli istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə biri VAZ-da və digəri isə “Mercedes"də olmaqla,  2 nəfər rayon sakinləri, 39 yaşlı Məhərrəmov Elməddin Ziyadxan oğlu və 31 yaşlı Məmmədov Zamin Əhmədxan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. 
Yaralılar dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Faktla bağlı araşdırma aparılır.  






Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO