Astara rayonu Toradi kənd klubunda gildən hazırlanan qədim tütək saxlanılır. Tarixçilərin fikrincə, həmin tütək azı bir neçə min il bundan əvvəl hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu maddi-mədəniyyət nümunəsi qazıntılar zamanı təsadüf nəticəsində tapılıb.
Qədim musiqi aləti klubda toplanan 200-dən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır. İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət yenilərindən heç də geri qalmır.
Tarixçi Ağarəhim Abdulov bildirib ki, qədim gil tütək bir neçə min il əvvələ, təxminən Tunc dövrünə aiddir.
Ön tərəfində bir, arxa tərəfində isə iki deşik var. Bu deşiklər vasitəsilə səsləri idarə etmək olur. Müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı bəzi çətinliklər yaradır.
Toradi kənd klubunun müdiri Surəddin Əliyev deyir ki, klubda qədimliyi ilə seçilən, müxtəlif dövrlərə aid qoç fiqurları, gildən hazırlanmış su boruları, müxtəlif saxsı qablar qorunub saxlanılır. Bu eksponatların içində ən diqqət çəkəni isə gil tütəkdir. Bu qədim tütəkdən cənub bölgəsində üç rayonda tapılıb. Onun sözlərinə görə, bu alət göstərir ki, qədimdə yaşamış insanların da musiqiyə marağı son dərəcə yüksək olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 02.10.2023
Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO
Hazırda oxunan: Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO
Hazırda oxunan: Astarada gildən hazırlanan qədim tütək saxlanılır - FOTO
157994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.