Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlara icazəni ləğv edib.
Bizim.Media qurumun rəsmi saytına istinadla xəbər verir ki, martın 23-də keçirilən iclasdan sonra qurum belə qərar qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycandan Pakistana birbaşa uçuşlar bu tarixdə olacaq
Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı.
Bundan əlavə, qurum, "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib.
Bizim.Media