Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərini ortaya qoyurlar. İş-işdən keçəndən sonra müraciət edənlər nə peşəkar müəllim görür, nə də keyfiyyətli təhsil. Əksinə boşuna vaxt itirmiş olurlar.
Bəzən də reklamda "endirim" adı ilə hər hansı tanınmış müəllimini adı reklam olunur. Müraciət edən şəxs həmin müəllimin qrupunda iştirak etmək istəyinə rəğmən, başqa birinin qrupuna yönləndirilir. Belə olduqda isə şəxsin ödənişlə bərabər, itirdiyi zamanına görə heç kəs cavabdehlik daşımır.
Bəs, kursların reallığı əks etdirməyən reklamlarına aldanmamaq üçün nə etməliyik?
Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, bu olduqca ciddi bir problemdir:
“Aldanmamaq üçün biz kursların yoxlama mexanizmini bilməliyik. Hazırda istər repetitorlar, istər hazırlıq kursları, təəssüf ki, tamamilə nəzarətdən kənar fəaliyyət göstərirlər. Onlara nəzarət mexanizmi yoxdur. Bu gün istər kurslar, istər repetitorlar bu və ya digər şəkildə reklam vasitəsilə tələbə yığırlar. Yalnız kursların fəaliyyəti Dövlət Vergi Xidməti və DSMF tərəfindən yoxlanılır ki, onların vaxtı-vaxtında vergilərini ödəməsi və ya işçilərlə əmək müqaviləsi ilə çalışdırılması məsələsinə nəzarət təmin olunsun”.
Ekspert qeyd edir ki, bəzən həmin kurslarda çalışanlar tədris etdiyi sahənin mütəxəssisi olmur. Buna görə də əvvəlcədən müqavilə imzalanmalıdır ki, öhdəliklər yerinə yetirilmədikdə ödənilmiş məbləğ və ya valideynə dəymiş xərclər geri qaytarılsın:
“Bəzən görürük ki, kimsə tərcümə ixtisasını bitirib, ingilis dili dərsini, yaxud məktəbi bitirməyən şəxslər ibtidai müəllim və ya digər fənniləri tədris edirlər. Bu gün birmənalı şəkildə onların tədris həyata keçirməsinə nəzarət olunmur. Valideynlər də saxta reklamlara aldanır. Bu əslində dələduzluq deyil, sadəcə xidmət göstərən zaman müəyyən qədər qanunvericiliyin tələbinin pozulmağıdır”.
Kamran Əsədov həmçinin bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə Elm və Təhsil Nazirliyi və yaxud Dövlət İmtahan Mərkəzi mütəmadi monitorinqlər aparmalıdır:
Sonda ekspert valideynləri tövsiyə olaraq bildirib ki, hər şeyi kursun üzərinə atmaq doğru deyil. Onlar dərs prosesinə özləri də nəzarət etməlidirlər:
“Bu mövzuya valideynlər nəzarət etməlidir. Övladlarını sınaq imtahanlarına cəlb etməli və kursda öyrəndiklərinin nəticəsini bilməlidirlər. Bu ciddi bir məsələdir və bəzən uşaqlar sınaqlara getmir və yaxud kurslar icazə vermir ki, onların abituriyentləri başqa kursun sınaqlarına getsin, DİM-in sınaqlarında iştirak etsin. Belə vəziyyətdə valideynlərin üzərinə böyük yük düşür. Görəndə ki, uşaq zəruri biliklərə yiyələnmir, övladlarını həmin yerdən uzaqlaşdırmaları daha məqsədə uyğun olar”.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:30 / 02.10.2023
Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR...
Hazırda oxunan: Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR...
Hazırda oxunan: Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR...
157977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.