Taksi fəaliyyətində YENİ DÖNƏM – Problemlər aradan QALXACAQMI?

Taksi fəaliyyətində YENİ DÖNƏM – Problemlər aradan QALXACAQMI?

Hazırda oxunan: Taksi fəaliyyətində YENİ DÖNƏM – Problemlər aradan QALXACAQMI?

157950

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, taksi xidmətində bir sıra yeniliklər olacaq. 

Bundan sonra taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3 min manat rüsum tələb olunur. Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə ayda 25 manat rüsum tələb ediləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Taksiylə sərnişin daşımalarına dair YENİ TƏLƏBLƏR qüvvəyə mindi


Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minib:

“Yeni qaydaları pozan sürücülərə qarşı mübarizəyə isə 2024-cü ilin 1 yanvarından başlanılacaq. Taksi xidmətində illərlə yığılıb qalmış problemin qısa zamanda aradan qaldırılacağına inanmaq sadəlöhvlük olardı. Amma istənilən təşəbbüs dəstəklənməlidir. Taksi hər birimizin istifadə etdiyi xidmət sahəsidir. Lakin bu xidmət insanlar arasında bir qayda olaraq mənfi təəssürat yaradır. Taksiyə minən fikirləşir ki, bu dəqiqə qəzaya düşəcək, ya da ki, hansısa xoşagəlməz hadisəni yaşayacaq. 

Ona görə də taksi xidməti sahəsində islahatlara çox böyük ehtiyac vardı. İctimai nəqliyyatın arzuolunmaz səviyyədə olduğu bir vaxtda hamı taksiyə ümid edirdi.

Nə yazıq ki, taksi xidməti də ümidləri doğrultmadı. Təsəvvür edin ki, taksi xidmətindən sürücü də narazıdır, sərnişin də. Hərənin də öz arqumenti var. Bu da o deməkdir ki, taksi xidməti sahəsində qanunlar işləmirdi. Ona görə də başlanılan islahatlara ümid çox böyükdür. İnanmaq istərdik ki, nəhayət ki, bu sahədə münasib vəziyyət yaranacaq”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO