Bu gecə rayonun Yengiyan kəndində Vətən Müharibəsi iştirakçısının əlində qumbara partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən, gecə saatlarında kənd ərazisində partlayıcı maddənin partlaması nəticəsində 32 yaşlı Məqsəd Rzayev, 31 yaşlı İlqar Cumayev və 29 yaşlı Həmid Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisədən sonra yaralılar Zaqatala rayon xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Göstərilən tibbi yardımlara baxmayaraq Vətən Müharibəsi iştirakçısı Həmid Gülməmmədov vəfat edib.
Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən bildirir ki, hadisə adıçəkilən şəxslər arasında baş verən mübahisə zəminində qeydə alınıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən son məlumata əsasən gecə saatlarından başlayaraq rayonun hüquq-mühafizə orqanları hadisə yerində təhqiqat və araşdırma aparır.
Hadisənin təfərrüatları barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:05 / 01.10.2023
Zaqatalanın ucqar Yengiyan kəndində nə baş verib? - DETALLAR
Hazırda oxunan: Zaqatalanın ucqar Yengiyan kəndində nə baş verib? - DETALLAR
Hazırda oxunan: Zaqatalanın ucqar Yengiyan kəndində nə baş verib? - DETALLAR
157780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.