Gəncədə dövlət xəstəxanasında ilk dəfə laparoskopik əməliyyat KEÇİRİLDİ - FOTO

Gəncədə dövlət xəstəxanasında ilk dəfə laparoskopik əməliyyat KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Gəncədə dövlət xəstəxanasında ilk dəfə laparoskopik əməliyyat KEÇİRİLDİ - FOTO

157768

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasında ilk dəfə olaraq laparoskopik xolesistektomiya - öd kisəsinin çıxarılması əməliyyatı icra edilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna xəstəxananın direktoru İlkin İsmayılov məlumat verib.

Onun sözlərinə görə, tibb müəssisəsinin nəzdində olan Abbas Səhhət adına xəstəxanada baş tutan əməliyyatı Uzman Dr. anestezioloq-reanimatoloq Elşad Abışov, ümumi cərrahlar Anar Məmmədov, Nazilə Balakişiyeva və Rəşid Həsənov icra edib.

Direktor əlavə edib ki, əməliyyat prosesi uğurla başa çatıb, xəstə əməliyyatdan sonra özünü yaxşı hiss edir:

“Gəncə Şəhər Birləşmiş Xəstəxanasının müasir avadanlıq və cihazlarla təchiz edilməsi prosesi mütəmadi davam etdirilir. Abbas Səhhət adına xəstəxanada laparoskopik xolesistektomiya əməliyyatının icra edildiyi “Karl Storz” laparoskopik cihazı yeni quraşdırılıb və ən müasir tələblərə cavab verir.

Bu vaxtadək Gəncədə dövlət tibb müəssisələrində cərrahi əməliyyatlar yalnız ənənəvi cərrahi yolla aparılırdı. Artıq yeni texnologiyaların tətbiqi laparoskopik metodla aparılan əməliyyatlarda videokameranın köməyindən, nazik alətlərdən istifadə edilməsi ilə icra edilir.

Bu cür əməliyyatların üstünlüyü odur ki, ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açılır, nəticədə pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Optik cihazın kəsik yolu ilə əməliyyat sahəsinə daxil olması cərraha həmin nahiyəni monitorda rahatlıqla görməyə imkan verir.
Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan ağırlaşma olmadıqda pasiyent növbəti gün evə yazılır. Bundan əlavə, əməliyyatdan sonra bədəndə kobud kəsik və çapıq izləri qalmır” - deyə İlkin İsmayılov əlavə edib.




Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO