Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda yas mərasimi dayandırıldı - Ev sahibi polis şöbəsinə aparıldı - FOTO
Polis əməkdaşları həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər.
Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Bizim.Media