Milli Qəhrəmanla vida mərasimi BAŞA ÇATIB 

Milli Qəhrəmanla vida mərasimi BAŞA ÇATIB 

Hazırda oxunan: Milli Qəhrəmanla vida mərasimi BAŞA ÇATIB 

157683

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.

Bizim.Media xəbər verir ki, vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb.

Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.

Vida mərasimində Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova deyib ki, Riad Qarabağda döyüş başlayandan evdə tapılmayıb:

"Onunu qatıldığı əməliyyatlar çox uğurlu keçirdi. Qardaşım ailəsini çox sevirdi. Biz hər səfə qapının zəngi çalınanda elə bilirdik odur. Lakin olmadı.Anamın gözü yolda qalaraq bu dünyadan köçdü. Ancaq Riad cismən bizimlə olmasa da, ruhən bizimlədir.

Mən ilk növbədə Cənab Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə minnətdarlığımı bildirirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO