Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Hazırda oxunan: Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

157660

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini İntiqam Qarayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, onun idarəsində olan "Mercedes" markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, qərara əsasən inzibati qaydada 20 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO