Şəki daha bir festivala ev sahibliyi etdi - FOTO

Şəki daha bir festivala ev sahibliyi etdi - FOTO

Hazırda oxunan: Şəki daha bir festivala ev sahibliyi etdi - FOTO

157644

Milli Qurama Festivalı çərçivəsində “Yuxarı Baş” Tarix Memarlıq Qoruğu ərazisinə daxil olan Aşağı Karvansaray Kompleksində tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Festival Qurama yürüşü ilə başlayıb.  Daha sonra Aşağı Karvansaray kompleksinin həyətində yerli sənətkarların əl işlərindən ibarət sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edib. Festival musiqili proqramla başa çatıb.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.
Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.






















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO