Türkiyə şirkəti ilə Yol Xəritəsi imzalandı

Türkiyə şirkəti ilə Yol Xəritəsi imzalandı

Hazırda oxunan: Türkiyə şirkəti ilə Yol Xəritəsi imzalandı

157595

“Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və “AzərEnerji” ASC arasında elektrik enerjisinin idxal və ixrac infrastrukturunun qurulması məqsədilə Yol Xəritəsi imzalanıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial hesabındakı hesabında yazıb.

“Azərbaycan-Türkiyə 3-cü Enerji Forumundan sonra həmkarım Pərviz Şahbazov ilə Forum protokolunu imzaladıq. Həmçinin əməkdaşlığımızı və dialoq imkanlarımızı gücləndirən səmərəli bir Forum keçirdik.

Bundan əlavə TEİAŞ və “AzərEnerji” ASC arasında qarşılıqlı əlaqə layihəsi çərçivəsində fəaliyyətləri ehtiva edən Yol Xəritəsi imzaladıq.
İki ölkə arasında elektrik enerjisinin idxal və ixrac infrastrukturunun qurulması məqsədilə planlanan bu layihələrin uğurlu olmasını diləyirəm”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO