BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

157575

30 sentyabr 1139-cu ildə  Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb.

Bəs, sentyabrın 30-da dünyada daha nələr olub?

1. Sultan Süleyman Qanuni 30 sentyabr 1520-ci ildə Osmanlı taxtına çıxıb.

2. 30 sentyabr 1472-ci ildə Quttenberq Bibliyanı çap edib və bu hadisə tarixə ilk kitab çapı kimi düşüb.

3. 1618-ci ilin bu günündə I Abbas Səfəvi və Osmanlı hökmdarı Xəlil paşa Mərənddə sülh müqaviləsi imzalayıb. Bu müqavilə tarixdə Sərab sülhü kimi tanınır.

4. 30 sentyabr 1882-ci ildə dünyada ilk hidroelektrik stansiyası ABŞ-ın Viskonsin ştatında qurulub. 

5. Sentyabrın sonu 1924 - Bakıda Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.

6. Sentyabrın sonuncu günü 1936-cı ildə  Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı olub. 

7. 30 sentyabr 1991-ci ildə Beynəlxalq Tərcüməçilər İttifaqı yaranıb Və o vaxtdan bu tarix tərcüməçilər günü kimi qeyd olunmağa başlanılıb.

8. 30 sentyabr 1992-ci ildə  Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardu duş Santuş Anqola prezidenti seçilir. 

9. 30 sentyabr 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilib.

10. 30 sentyabr 2009-cu ildə İndoneziyanın Sumatra adasında baş verən zəlzələdə min 115 adam öldü.

11. 2012-ci ilin bu günündə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilib. Mərkəz Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncədə keçirilən xüsusi toplantıda yaradılıb. 

12. 30 sentyabr 2017-ci ildə Somalinin paytaxtı Moqadişuda tikilən Türkiyənin ölkə xaricindəki ən böyük hərbi bazası istifadəyə verildi.

Sentyabrın 30-da bu şəxsiyyətlər xatırlanır:

1. 30 sentyabr 1207-ci ildə Mövlanə Cəlaləddin Rumi bu günkü Əfqanıstan sərhədləri daxilindəki Belh şəhərində anadan oldu. Əsil adı Məhəmməd Cəlaləddin olan Mövlanə məşhur əsəri Məsnəvisini isə Konya şəhərində yazdı. 

2. 30 sentyabr 1917-ci ildə teatr rejissoru, Rusiyanın Xalq artisti Yuri Lyubimov (1917-2014) anadan olub. Taqanka Teatrının rəhbəri olub, 1984-1988-ci illərdə məcburi mühacirətdə (sovet vətəndaşlığından məhrum edilərək) yaşayıb.

3. 1920-ci ilin 30 sentyabrında Əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərov anadan olub (1920-1963). 

4. 30 sentyabr 1945-ci ildə şair Vaqif İbrahim (1945-1983) doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.

5. 30 sentyabr 1950-ci ildə bəstəkar Zülfüqar Hacıbəyov (17.4.1884-1950) vəfat edib. "Aşıq Qərib" operasının, musiqili komediyaların müəllifidir.

6. 30 sentyabr 1961-ci ildə Azərbaycan kapitanı Milli Qəhrəman Mirələkbər İbrahimov anadan olub.

7. Dünyaca məşhur model və aktrisa Monika Belluçi 1964-cü ilin bu günündə dünyaya gəlib.

8. Müasir Azərbaycan muğam sənətinin ən istedadlı nümayəndələrindən biri Səxavət Məmmədov 30 sentyabr 1991-ci ildə faciəvi şəkildə həlak olub.

9. Sevilən müğənni Səyyad Əlizadə 2021-ci ilin 30 sentyabrında COVİD-19-dan dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO